Ukrayna hərbçiləri bu vilayətin 3 kəndini işğaldan AZAD ETDİ

18:08 - 13 İyun 2022

Ukrayna hərbçiləri bu vilayətin 3 kəndini işğaldan AZAD ETDİ

“Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 3 kəndini Rusiya qoşunlarından azad edərək cəbhə xəttində 15 km irəliləyiblər”.

Manşet.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması bildirib.

“Düşmən artilleriyası bir dəqiqədə susmur. Onların üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçıya itki bahasına başa gəlir”, -məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də tədricən irəliləyirlər: “Donetsk vilayətində 3 kənd azad edilib, cəbhə bölgəsində 15 km irıliləmişik”.

Məlumata əsasən, Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının hərbi texnikasını da məhv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az