“Zelenski bunu eşitmək istəmədi” - Bayden

20:59 - 13 İyun 2022

“Zelenski bunu eşitmək istəmədi” - Bayden

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəyə hazırlaşması ilə bağlı Amerika kəşfiyyatına daxil olan məlumatları eşitmək istəmirdi”.

Manşet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Demokratlar tərəfindən Los-Ancelesdə təşkil edilən ianə aksiyasında Rusiya-Ukrayna müharibəsini dəyərləndirən zaman deyib.

“Bir çox insanın şişirtdiyimi düşünəcəyini bilirəm, lakin Rusiya Prezidenti Vladimir Putinin sərhədi keçəcəyinə dair çoxlu məlumatımız var idi. Bizim buna heç bir şübhəmiz yox idi, amma Zelenski bunu eşitmək istəmədi”, - o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az