Misirdə piramidaları ziyarət etmək məhdudlaşdırıldı

22:54 - 13 İyun 2022

Misirdə piramidaları ziyarət etmək məhdudlaşdırıldı

Misir hökuməti 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsini qadağan edib.

Manşet.az xəbər verir ki, bu barədə “Egypt İndependent” nəşri məlumat yayıb.

Hökumətdən bildirilib ki, 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsi qadağan olunur. Qərar iyuldan qüvvəyə minir.

Misir mediasının məlumatına görə, tarixi məkanlarda azyaşlılara qarşı zorakılıq halları artdığı üçün hökumət belə bir qərar qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az