Zelenskidən Baydenin tənqidlərinə CAVAB

14:33 - 14 İyun 2022

Zelenskidən Baydenin tənqidlərinə CAVAB

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenin Ukraynanın ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymaması ilə bağlı tənqidlərinə cavab verib.

 

Manset.az xəbər verir ki, Zelenski bu barədə “ZDF” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Co Bayden daxil olmaqla, bir çox avropalı liderə Ukraynanın müharibənin başlamaması üçün Rusiyaya qarşı qabaqlayıcı sanksiyaalr tətbiq etməklə bağlı tələblərini dinləyib-dinləmədikləri ilə bağlı sual ünvanlanmalıdır.

“Avropalı liderlərin əvvəlcədən məni Ukrayna dövlətinin başçısı olaraq dinləmələri ədalətli olardı”, - deyə Zelenski söyləyib.

O vurğulayıb ki, Ukrayna Rusiyanın Qara dənizi bağlayacağını əvvəlcədən deyib.

Zelenski, həmçinin əlavə edib ki, dünya liderləri onu dinləsəydi, Ukraynanın Rusiyanın hücumunu dayandırmaq üçün daha çox şansı olardı.

Xatırladaq ki, C.Bayden bir neçə gün əvvəl bildirib ki, Zelenski ABŞ-ın Rusiyanın hücuma keçməyə hazırlaşdığına dair xəbərdarlığına məhəl qoymayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az