Rusiya Severodonetskdə humanitar dəhliz açacaq

17:09 - 14 İyun 2022

Rusiya Severodonetskdə humanitar dəhliz açacaq

Rusiya Ukraynanın Severodonetsk şəhərində yerləşən “Azot” kimya zavodundan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açacaq.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik humanitar dəhlizin sözügedən zavoddan Svatovo şəhəri istiqamətində açılacağını açıqlayıb.

Məlumata görə, humanitar əməliyyat iyunun 15-i yerli vaxtla 08:00-dan 20:00-a qədər həyata keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az