Ukraynanın Mariupol şəhərində “Azovstal” polad zavodunda həlak olan 64 ukraynalı əsgərin meyiti ölkəyə göndərilib.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, cəsədlər mübadilə yolu ilə qaytarılıb və qaytarılma prosesi davam edir.