İvano-Frankovsk vilayətində Rusiya raketi VURULDU

18:59 - 14 İyun 2022

İvano-Frankovsk vilayətində Rusiya raketi VURULDU

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İvano-Frankivsk bölgəsində rusların raketini vurub. Ölən və yaralananlar olmayıb.

Manşet.az xəbər verir ki, bu barədə İvano-Frankivsk vilayət adminstrasiyası məlumat yayıb.
"Bu gün saat 12:41-dən 13:54-dək davam edən hava reydi zamanı hava hücumundan müdafiə qüvvələri bölgəmizdə Rusiya raketini vurdular" deyə xəbərdə bildirilir.

Qeyd olunub ki, mülki əhali arasında tələfat və bölgədə infrastruktura ziyan dəyməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az