Gürcüstan Prezidenti hökuməti ittiham ETDİ

22:43 - 14 İyun 2022

Gürcüstan Prezidenti hökuməti ittiham ETDİ

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”.

Manşet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir”.

S.Zurabişvili həmçinin qeyd edib ki, Gürcüstan “Assosiasiyalı trio” ölkələri (Gürcüstan, Ukrayna və Moldova – red.) arasında liderlikdən sonuncu yerə enib: “Bizim təşəbbüsümüzlə ötən ilin iyulun 19-da Batumidə trionun imzaladığı qətnamə ən mühüm mərhələlərdən biridir. O zaman Gürcüstanın lider olduğu aydın idi. Lakin bir il sonra Gürcüstan qabaqcıl mövqedən sonuncu yerə düşüb”.

Xatırladaq ki, iyunun 9-da Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxulardan, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub. Sənəddə həmçinin hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az