Türkmənistanda qadınlara ŞOK QADAĞA

23:20 - 14 İyun 2022

Türkmənistanda qadınlara ŞOK QADAĞA

Türkmənistanda qadınlar üçün kosmetika satan mağazalar yoxlanılmağa başlayıb.

Manşet.az xəbər verir ki, istehlakçıların “sağlamlığına və görünüşünə” zərər verə biləcək kosmetik məhsullar rəflərdən uzaqlaşdırılıb.

Satıcıların və alıcıların dediyinə görə, onlarda belə bir təəssürat yaranıb ki, müfəttişlərin dəqiq göstərişləri yoxdur və onlar nəyin satıla biləcəyini, nəyin satıla bilməyəcəyini göz ilə müəyyən edirlər.

Bir qayda olaraq, rəflərdən dırnaq boyası, dodaq boyası, tuşu yığışdırmağı tələb edirlər. Gigiyena vasitələri - şampunlar, gellər və kremlərin satışına icazə verilir.

Xatırladaq ki, aprel ayında Türkmənistan hakimiyyəti qadınların zahiri və mənəvi görünüşünü müzakirəyə çıxarmışdı.

Ölkədə tələbələr və məktəbli qızlara milli adət-ənənələrə riayət etməyin zəruriliyi aşılanmışdı. Saçların rənglənməsi, ifrat makiyaj, kirpik və dırnaq uzatma, dodaq böyütmə prosedurlarının yolverilməzliyi diqqətə çatdırılıb.(teleqraf.com)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az