Böyük Britaniyada yoluxma sayının yenidən artması ilə bağlı tədqiqatçılar insanların niyə dəfələrlə "Omicron" virusuna yoluxduğunu öyrənmək üçün araşdırma ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, koronavirusla bağlı əvvəlki araşdırmalar göstərib ki, koronavirusa yoluxmuş insanlar təbii immunitet qazanır və xəstəlikdən qorunur.
Lakin İngiltərədə üç dəfə peyvənd edilmiş insanların qan nümunələrinin analizi koronavirusun Omikron variantının təkrar yoluxmaya qarşı immunitet yaratmadığını göstərib.
İmperator Kollecinin İmmunologiya və İltihab Departamentindən professor Danny Altmann araşdırmalar barəsində deyib:
"Omikron və onun variantları irəliləyişdə əladır, lakin immun sistemi baxımından pisdir. Buna görə də biz təkrar infeksiyalara məruz qalırıq. Variant təkcə peyvəndin müdafiəsini pozmur, həm də immunitet sistemində gözlədiyimizdən daha az iz buraxır. Omikron əvvəlki variantlardan daha gizlidir, buna görə də immunitet sistemi onu xatırlaya bilmir".