"Dünya iqtisadiyyatındakı probemlərin həllini səbirlə gözləyəcəyik" - Ərdoğan

15:07 - 15 İyun 2022

\"Dünya iqtisadiyyatındakı probemlərin həllini səbirlə gözləyəcəyik\" - Ərdoğan

“Dünya iqtisadiyyatında problemlərin aradan qalxacağını səbirlə gözləyəcəyik”.

 

Manset.az “report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.

“Türkiyə Rusiya-Ukrayna savaşı nəticəsində dünyada meydana gələn taxıl böhranını aradan qaldırmaq üçün vasitəçilik edir. Bu istiqamətdə çətinliyimiz yoxdur.

Fermerlərimizin təsərrüfat üçün yanacaq çatışmazlığını aradan qaldırırıq. Qara dənizdə aşkar edilən təbii qazı ümumi enerji sistemimizə qoşmağa çalışırıq. Xam neftin qiymətinin bahalaşması məlumdur”, - dövlət başçısı vurğulayıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az