“Rusiyanın Ukraynaya hücumu nəticəsində 313 uşaq həlak olub” - Ukrayna Baş Prokurorluğu

16:42 - 15 İyun 2022

“Rusiyanın Ukraynaya hücumu nəticəsində 313 uşaq həlak olub” - Ukrayna Baş Prokurorluğu

“Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 313 uşaq həlak olub, 579-dan çoxu yaralanıb”.

 

Manset.az xəbər verir ki, bu haqda Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, uşaqlar arasında ən çox qurbanlar Donetsk vilayətində - 291, Xarkovda - 169, Kiyevdə - 116, Çerniqovda - 68, Luqanskda - 54, Xersonda - 52, Nikolayevdə - 48, Zaporojyedə - 30, Sumi vilayətində - 17 qeydə alınıb.

Məlumatda vurğulanır ki, bu rəqəmlər yekun deyil, çünki müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, həmçinin aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az