Ukraynada Rusiyanın təbliğatçı polkovniki öldürüldü

18:11 - 15 İyun 2022

Ukraynada Rusiyanın təbliğatçı polkovniki öldürüldü

Ukraynada Rusiya Qvardiyasının KİV ilə qarşılıqlı əlaqə üzrə idarəsinin 1-ci şöbəsinin məlumatlara cavabdehlik qrupunun rəisi, polkovnik Sergey Postnov ölüb. 

Manşet.az xəbər verir ki, bu barədə iyunun 14-də Rusiya F Daxili İşlər Departamentinin Mərkəzi Aparatının Veteranlar Şurası məlumat verib.

Qeyd olunur ki, Postnov iyunun 13-dən 14-nə keçən gecə “hərbi xidməti borcunu yerinə yetirərkən” dünyasını dəyişib.

Veteranlar Şurasından bildirilib ki, mərhum dörd aydan çox Ukraynada “xidmət və döyüş tapşırıqlarını yerinə yetirib”, V qrupun tərkibində Qostomele keçib, Xarkovda və “Luqansk Xalq Respublikası”nda bir sıra şəhər və qəsəbələrin “azad edilməsində” iştirak edib.

Postnov Yekaterinburq Suvorov Hərbi Məktəbini, eləcə də Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin Mədəniyyət və jurnalistika fakültəsini bitirib. O, Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarına daxil olub və müxbir, sonra isə hərbi mediada redaktor işləyib.(Lent.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az