Türkiyə qlobal taxıl böhranını həll etmək üçün açıq rabitə kanalı YARATDI

20:15 - 15 İyun 2022

Türkiyə qlobal taxıl böhranını həll etmək üçün açıq rabitə kanalı YARATDI

Türkiyənin Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində yaranan taxıl böhranını həll etmək üçün “qırmızı xətt” adlanan açıq rabitə kanalı formalaşdırıb.

Manşet.az xəbər verir ki, yeni mexanizm Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərliyi altında yaradılıb.

“Həm Rusiya, həm də Ukrayna ilə intensiv danışıqlar aparırıq. Hər iki tərəfin müəyyən şərtləri var. Biz qeyd-şərtləri aradan qaldırmaq üçün çalışırıq”, - deyə nazir bildirib.

Akar Türkiyənin taxıl böhranının tezliklə bitməsini istədiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az