İsveçrənin hava məkanı bu səbəbdən bağlandı

20:35 - 15 İyun 2022

İsveçrənin hava məkanı bu səbəbdən bağlandı

“Skyguide” aeronaviqasiya xidməti bu səhər erkən saatlarında texniki problemlə qarşılaşdığı üçün İsveçrə hava məkanının bağlandığını açıqlayıb.

Manşet.az xəbər verir ki, xidmət nasazlığın aradan qaldırılması üçün nə qədər vaxt lazım ola biləcəyini açıqlamadan Cenevrə və Sürix hava limanlarında müştərilər, tərəfdaşlar və sərnişinlər üçün yaranan narahatlığa görə təəssüfləndiyini bildirib.

Cenevrə Beynəlxalq Hava Limanının İdarəsi öz “Twitter” hesabında bildirib ki, “Skyguide” informasiya sistemində yaranmış texniki problem səbəbindən iyunun 15-də hava limanında bütün uçuşlar və enişlər səhər saat 11-ə (Bakı vaxtı ilə 13:00) qədər dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az