700 illik Qırğızıstan məzarlarında qazıntı aparan elm adamları təxminən 75-200 milyon insanın ölümünə səbəb olan qara vəbanın mənbəyini müəyyən ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qara vəba 1347-1351-ci illər arasında Avropada zirvəyə çatıb.
Bu xəstəlik Şimali Afrikada 75-200 milyon insanın ölümünə səbəb olub.
“Qara ölüm” də adlandırılan virus ticarət yolları vasitəsilə digər qitələrə yayılaraq on milyonlarla insanın sonu olub.
Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun professoru İohan Kraus "Biz təkcə Qara Ölümün əcdadını deyil, həm də bu gün dünyada dolaşan vəba növlərinin əksəriyyətinin əcdadını tapdıq" deyib.
Şotlandiyanın Stirlinq Universitetinin alimi Filip Slavin də bunları deyib:
“Biz Qara Ölümün mənşəyi ilə bağlı əsrlərdir davam edən mübahisələrə son qoymağa müvəffəq olduq”.
Slavin 1338-39-cu illərdə Qırğızıstanın şimalında baş verən qəfil ölümlərlə bağlı qədim DNT-ni tədqiq edən mütəxəssislər qrupu yaradaraq bölgəyə gedib.
Bakteriyanın genomunun tam təhlili onun Avropada Qara Ölümə səbəb olan növün birbaşa əcdadı olduğu müəyyənləşdirilib.
Alimlər bildiriblər ki, ştamın hazırda mövcud olan növü eyni bölgədən olan gəmiricilərdə tapılıb.