Səudiyyə Ərəbistanı rəhbərliyi LGBT-nin təbliğinə qarşı mühüm addım atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər paytaxt Ər-Riyaddakı mağazalardan“göy qurşağı” rəngində olan oyuncaqlar, dəftərxana ləvazimatları və paltarlar toplanmağa başlayıb.
Göy qurşağının rənglərini ehtiva edən bu məhsulların "İslam inancına və ictimai əxlaqa zidd olaraq gəncləri hədəf aldığı və homoseksuallığı təşviq etdiyi" bildirilib.
Səudiyyə Ərəbistanı Ticarət Nazirliyi də Twitter-də məhsulların görüntülərini paylaşaraq, "azğınlığa dəvət edən və sağlam düşüncəyə zidd olan simvollar" deyə qeyd edib.
Bu məhsulların satışı ilə məşğul olan mağazaların cərimələnəcəyi də bildirilib.