Ukraynanın işğalı ilə kifayətlənməyən Putin gözünü qütb bölgəsinə dikib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Arktika bölgəsini silahlandırmaq və onu “gələcəyin döyüş meydanına” çevirmək istəyən Putin bölgədə hava bazaları, raket buraxılış meydançaları, radar stansiyaları və dəniz gəmiqayırma zavodları tikir.
Mütəxəssislər Putinin bir müddətdir ki, sanksiyalara görə maliyyə çətinliyi yaşadığını, ona görə də pul tapmaq üçün Çindən dəstək istəyəcəyini iddia edirlər.
O, qütb planı ilə Pekinə nəzarət etməyi düşünür.