“Moskva Ukrayna ilə sülh danışıqlarına hazırdır, lakin ölkənin son təkliflərinə hələ də cavab verilməyib”.
Manset.az “İnterfax”a istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.
Onun sözlərinə görə, irəliləyişin olmamasında təkcə Ukraynanı günahlandırmaq lazımdır.
Qeyd edək ki, mart ayında tərəflər arasında bir neçə danışıq, o cümlədən İstanbulda nümayəndə heyətlərinin yüksəksəviyyəli görüşü keçirilib. Buna baxmayaraq, hazırda tərəflər arasında danışıqlar aparılmır.