Makron və Şoltsdan açıqlama: Ukrayna və Moldovaya təcili Aİ üzvlüyünə namizəd statusu verilsin

20:27 - 16 İyun 2022

Makron və Şoltsdan açıqlama: Ukrayna və Moldovaya təcili Aİ üzvlüyünə namizəd statusu verilsin

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya təcili olaraq Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsinə dair çağrışla çıxış edib.

Manşet.az xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

Fransa Prezidenti əlavə edib ki, Fransa tezliklə Ukraynaya 155 mm kalibrli CAESAR özüyeriyən artilleriya qurğuları göndərəcək.

Öz növbəsində Almaniya kansler Olaf Şolts bəyan edib ki, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsinin lehinədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az