Çavuşoğlu Serbiyaya GETDİ

21:04 - 16 İyun 2022

Çavuşoğlu Serbiyaya GETDİ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyada bir sıra görüşlər keçirib.

Manşet.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ilə Mövlud Çavuşoğlunun görüşündə iki ölkə arasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Türkiyənin xarici işlər naziri, həmçinin serbiyalı həmkarı Nikola Selakoviç və Serbiyanın Baş naziri Ana Brnabiçlə görüşlər keçirib.

M.Çavuşoğlunun iyunun 19-dək davam edəcək Balkan regionuna səfəri çərçivəsində Xorvatiya, Bosniya və Herseqovina, Kosovoda görüşlər keçirməsi, eləcə də Şimali Makedoniyanın Ohrid şəhərində təşkil ediləcək Prespa Dialoq Forumunda iştirakı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az