Ukraynada bina bombalandı - ÖLƏNLƏR VAR

21:06 - 16 İyun 2022

Ukraynada bina bombalandı - ÖLƏNLƏR VAR

Rusiya ordusu Ukraynanın Lisiçanska rayonuna hava zərbələri endirib.

Manşet.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook”da məlumat yayıb.
Məlumata görə, insanların sığındığı binay zərbələr endirilib.

“Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini çıxarıb”, - deyə məlumatda bildirilir.

Aviazərbə nəticəsində binanın dağıldığı qeyd edilir. Axtarış-xilasetmə işləri davam etdirilir.

Rayon Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerində işləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az