Fransada istilərə görə yüksək təhlükə səviyyəsi elan olundu

23:37 - 16 İyun 2022

Fransada istilərə görə yüksək təhlükə səviyyəsi elan olundu

Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.

Manşet.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.

“On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın”, - deyə Baş nazir tövsiyə edib.

BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az