Ukraynada Rusiya silahlılarının qətlə yetirdikləri uşaqların SAYI

11:35 - 17 İyun 2022

Ukraynada Rusiya silahlılarının qətlə yetirdikləri uşaqların SAYI

Ukraynada 322 uşaq Rusiya işğalçıları tərəfindən öldürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” hesabında məlumat yayıb.

Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 900-dən çox uşaq zərər çəkib. 322 uşaq həlak olub, 581-dən çoxu yaralanıb.

Bu rəqəmlərin yekun olmadığı bildirilir.

Əksər uşaq ölümləri Donetskdə (301 nəfər), Xarkovda (170 nəfər) və Kiyevdə (116 nəfər) qeydə alınıb.

Rusiya Silahlı Qüvvələri Ukraynada 2028 təhsil müəssisəsinə ziyan vurub, onlardan 209-u tamamilə məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az