Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını Pozdu

20:47 - 17 İyun 2022

Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını Pozdu

Rusiyaya məxsus hərbi gəmi Danimarkanın ərazi sularını iki dəfə pozub.

 

Manşet.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi açıqlama verib.

 

Danimarkanın xarici işlər naziri Eppe Kofodun sözlərinə görə, bu, cümə günü axşam iki dəfə baş verib.

Dünən gecə Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını iki dəfə pozdu. Son dərəcə məsuliyyətsiz, kobud və tamamilə qəbuledilməz Rusiya təxribatıdır”, - deyə Kofod “Twitter” hesabında bildirib.

 

Hadisə ilə bağlı Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağrılıb.

 

Ölkənin silahlı qüvvələri bununla bağlı press-relizdə Rusiya korvetinin Bornholm adası yaxınlığında Danimarkanın ərazi sularını pozduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az