Qaribaşvili və Paşinyan regiondakı vəziyyəti müzakirə ETDİ

18:16 - 18 İyun 2022

Qaribaşvili və Paşinyan regiondakı vəziyyəti müzakirə ETDİ

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana bir günlük işgüzar səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Manşet.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az