Türkiyə Balkan ölkələri arasında da vasitəçilik edə bilər

18:50 - 18 İyun 2022

Türkiyə Balkan ölkələri arasında da vasitəçilik edə bilər

Rəsmi Ankara Türkiyə, Bosniya və Herseqovina, eləcə də Serbiyanın iştirakı ilə üçlü sammit təşkil edə bilər.

Manşet.az xəbər verir ki, bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu Sarayevoda bosniya və herseqovinalı həmkarı Bisera Turkoviç ilə görüşündə bildirib.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyə, Bosniya və Herseqovina, Serbiyanın iştirakı ilə üçlü sammitinin keçirilməsini arzulayır. Belqradda təmaslarımız zamanı gördük ki, həm Serbiya hakimiyyəti, həm də şəxsən cənab Vuçiç bu sammitə hazırdır”, - deyə o, bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə səylərinin regiondakı bütün ölkələrin rifahına müsbət töhfə verəcəyini düşünür.

“Türkiyə olaraq tərəflərin qəbul edəcəyi formatlarda bir araya gəlməyə hazırıq”, - XİN rəhbəri əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az