Ekologiya naziri koronavirusa YOLUXDU

19:22 - 18 İyun 2022

Ekologiya naziri koronavirusa YOLUXDU

Bolqarıstan baş nazirinin iqlim siyasəti üzrə müavini, ətraf mühit və su ehtiyatları naziri Borislav Sandov koronavirusa yoluxduğunu açıqlayıb.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində yazıb.

Baş nazirin müavini xəstəlik səbəbindən parlamentdə iyunun 21-nə təyin edilmiş hökumətə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.

"Kiril Petkovun rəhbərlik etdiyi hökumətin bir hissəsi olmaqdan qürur duyuram. Məni qıcıqlandıran yeganə şey odur ki, bu gün mənə COVID-19 diaqnozu qoyulduğu üçün gələn həftə həmkarlarımın yanında ola bilməyəcəm", - nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az