Zelenski Nikolayev vilayətinə getdi - Fotolar+Video

19:33 - 18 İyun 2022

Zelenski Nikolayev vilayətinə getdi - Fotolar+Video

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfər edib.

Manşet.az xəbər verir ki, o, səfəri zamanı regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirib.

Nikolayev vilayətinin iqtisadiyyatının vəziyyəti, eləcə də infrastruktur məsələlərinin həlli yolları müzakirə olunub. Xüsusilə, Rusiyanın raket zərbələri nəticəsində su təchizatı şəbəkələrinə ziyan dəydiyi üçün çətin vəziyyətə düşən rayon mərkəzinin su təchizatının bərpasından danışılıb.

Bundan əlavə, Zelenski Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kimə III dərəcəli Boqdan Xmelnitski ordenini, Nikolaev şəhərinin meri Aleksandr Senkeviçə III dərəcəli “İgidliyə görə” ordenini təqdim edib. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az