Putin generalı Ukraynadakı itkilərə görə vəzifəsindən çıxardı - FOTO

21:34 - 18 İyun 2022

Putin generalı Ukraynadakı itkilərə görə vəzifəsindən çıxardı - FOTO

Rusiya Hərbi Hava Desantı Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov desantçıların Ukraynadakı böyük itkilərinə görə öz vəzifəsindən uzaqlaşdırılıb.

Manşet.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 2014-cü ildə Krımın ələ keçirilməsi əməliyyatına rəhbərlik edən Serdyukov daha sonra Suriyadakı Rusiya hərbi qruplaşmasına da başçılıq edib.

Bu ilin yanvarında o, etirazları yatırmaq üçün Qazaxıstana gətirilən KTMT kontingentinin komandanı olub.

Onun yerinə Mərkəzi Hərbi Dairənin hazırkı qərargah rəisi, əslən Ukraynanın Donetsk vilayətindən olan general-polkovnik Mixail Teplinski təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az