Bu ölkədə Rusiyanın xəbər proqramları qadağan ediləcək

12:37 - 19 İyun 2022

Bu ölkədə Rusiyanın xəbər proqramları qadağan ediləcək

Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanunu imzalayıb.

 

Manset.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu bildirib.

Liliana Vitsu deyib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qanunda dezinformasiya dair də sərt tələblər müəyyənləşir. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az