Bu ölkədə 13 nəfərdə vəba aşkarlandı

22:43 - 20 İyun 2022

Bu ölkədə 13 nəfərdə vəba aşkarlandı

İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.
 
Manşet.az
xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə qurumları açıqlayıb.

Məlumata görə, yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.

Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.

Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.

 Xatırladaq ki, İraqda ən son vəba xəstəliyi 2015-ci ildə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada vəba xəstəliyinə 1,3 milyondan 4 milyona qədər yoluxma qeydə alınır ki, bu da 21 000-dən 143 000-ə qədər şəxsin ölümünə gətirib çıxarır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az