Ukrayna Baş Qərargahı: “Düşmən Maryinkadan qaçdı”

14:08 - 21 İyun 2022

Ukrayna Baş Qərargahı: “Düşmən Maryinkadan qaçdı”

“Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Maryinka bölgəsində düşmənin hücum cəhdlərini dayandırdılar, düşmən ərazidən qaçdı”.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.

Qeyd olunur ki, Severodonetsk istiqamətində Ukrayna qoşunlarının bölmələrinin müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması davam edir.

Bildirilir ki, Rusiya hərbçiləri Kramatorsk istiqamətində aktiv əməliyyatlar keçirməyib, təmas xətti boyunca toplardan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən və minaatanlardan müdafiə qüvvələrinin mövqelərini atəşə tutublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az