Ərdoğan Estoniya Baş naziri ilə Ukraynanı müzakirə ETDİ

19:19 - 21 İyun 2022

Ərdoğan Estoniya Baş naziri ilə Ukraynanı müzakirə ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Estoniya Baş naziri Kaya Kallas ilə telefon danışığı aparıb.

Manşet.az xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Estoniya münasibətləri və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, regional məsələlər müzakirə edilib.

Ukrayna və Rusiyanı danışıqlara qayıtmağa təşviq etdiklərini bildirən Ərdoğan humanitar sahədə müharibənin mənfi təsirlərini azaltmaq üçün təşəbbüsləri davam etdirdiklərini qeyd edib.

Türkiyə Prezidenti Ukrayna taxılının Qara dəniz üzərindən ixracı üçün Birləşmiş Millətlər Təşkilatı ilə birgə səy göstərdiklərini və bunun qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az