Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti “taxıl problemi”ni müzakirə etmək üçün bu həftə Rusiyaya səfər edəcək.
Manşet.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı Türkiyə prezident administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş və Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukraynadan taxıl ixracı problemini müzakirə edib. Ərdoğan bildirib ki, Ankara bu problemin həlli üçün səylərini davam etdirir.
BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi olduğunu bəyan edib. Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edir. Moskva isə bu cür ittihamları qəti şəkildə rədd edir.