"Sentyabrdan əvvəl NATO-ya üzv olmaq mümkün deyil"- Finlandiya prezidenti

22:07 - 21 İyun 2022

\"Sentyabrdan əvvəl NATO-ya üzv olmaq mümkün deyil\"- Finlandiya prezidenti

Finlandiya prezidenti Sauli Niinistö Türkiyə ilə danışıqlarda irəliləyiş olmadığını və sentyabrdan əvvəl Finlandiyanın NATO-ya üzv olmasının mümkün olmadığını bildirib.

Manşet.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinistö Avropa Parlamentinin (AP) sədri Roberta Metsola ilə görüşüb. Görüş zamanı Ukraynadakı müharibə və onun iqtisadiyyat və enerjiyə vurduğu fəsadlar müzakirə olunub. İkili görüşdən sonra birgə mətbuat konfransı üçün kamera qarşısına keçib.

Jurnalistlərin suallarını cavablandıran Finlandiya Prezidenti Niinistö dünən Türkiyə ilə İsveç arasında NATO qərargahında ölkəsinin NATO üzvlüyü ilə bağlı keçirilən görüşə toxunaraq,ciddi bir irəliləyişin olmadiğini vurğulayıb:

“Əslində görüşdə çox da irəliləyiş olmadı, amma şadıq”.

Finlandiyanın sentyabra qədər alyansa üzv ola biləcəyi ilə bağlı sualı cavablandıran Niinistö, "Mən dəqiq bir tarix vermək istəmirəm, lakin çətin ki, sentyabra qədər buna nail ola bilək. Hər kəsin bir araya gəlməsi fürsətinin əldə edilməsi artıq irəliləyişdir. (İclasın təşkili) Bu kifayət qədər uzun çəkdi. Biz danışıqları davam etdirmək barədə razılığa gəldik"-deyə Niinistö vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az