Putin Qərbi yenə hədələdi – “İlin sonunda istifadəyə veriləcək”

10:38 - 22 İyun 2022

Putin Qərbi yenə hədələdi – “İlin sonunda istifadəyə veriləcək”

Putin Qərbi növbəti dəfə hədələyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti hərbi məktəbin buraxılış mərasimində iştirak edib.

Burada baş komandan kimi çıxış edən Putin Rusiya ordusunu modernləşdirərək onu gücləndirəcəklərini bildirib.

Nüvə başlıqları daşıyan və ancaq 500 zenit raketi ilə ələ keçirilə bilən Sarmat raketlərinin ilin sonunda istifadəyə veriləcəyini açıqlayan Putin aprel ayında sınaqdan keçirdiyi raket sistemlərini "məğlubedilməz" kimi xarakterizə edir.

S-500 hava hücumundan müdafiə sistemlərinin ordu hissələrinə çatdırılmasına başlanıldığını bildirən Putin, "Nüvə Sarmat raketləri ilə dünyada misilsiz bir gücə sahib olacağıq" deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az