"İsraillə əlaqələrimiz..." - Çavuşoğlu Ankaradan MESAJ VERDİ

18:19 - 23 İyun 2022

\"İsraillə əlaqələrimiz...\" - Çavuşoğlu Ankaradan MESAJ VERDİ

İsraillin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edib.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, Y.Lapid Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə iqtisadi-ticari məsələlərlə yanaşı regional problemlər də müzakirə olunub. Daha sonra nazirlər mətbuat konfransı keçiriblər.

Çavuşoğlu Türkiyədə İsrail vətəndaşlarına qarşı terror təhlükəsi məsələsinə toxunub:

"Belə hadisələrin ölkəmizdə yaşanmasına heç bir zaman icazə verməyəcəyik. Bu məsələ ilə bağlı lazımı mesajları da vermişik. İsraillə dialoq və birgə işlərimiz davam edəcək. İsrailə Türkiyədəki meşə yanğınları zamanı göstərdiyi yardımlara görə təşəkkür edirik".

Y.Lapid isə İsrail vətəndaşlarına qarşı terror təhlükəsi məsələsinə ciddi yanaşdıqları üçün Türkiyəyə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az