ABŞ Ukraynaya yeni yardım paketini açıqladı

02:20 - 24 İyun 2022

ABŞ Ukraynaya yeni yardım paketini açıqladı

Ağ Ev Ukraynaya yüksək performanslı artilleriya raket sistemləri (HIMARS) daxil olmaqla, 450 milyon dollarlıq yeni müdafiə yardımı edəcəyini açıqlayıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında deyib.

“ABŞ bu gün Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketi verəcək. Bu yardımlar Ukraynanın sahillərini və su yollarını qorumağa imkan verir”, - deyə Con Kirbi qeyd edib.

Kirbi bildirib ki, Bayden Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 13 müdafiə yardımı paketi göndərdiyini açıqlayıb və bu yardımların ümumi dəyəri 6,1 milyard dollara çatıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden iyunun 15-də verdiyi son açıqlamasında Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımı edəcəklərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az