BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) azərbaycanlı sədr müavini yenidən Elgün Səfərov seçilib.
Manset.az xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov 2023-2026-cı illər ərzində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin 22-ci sessiyasında üzv seçilib.
1982-ci il təvəllüdlü Elgün Səfərov 20 ilə yaxın insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edir.