Klinton Putini seksizmdə ittiham etdi - “Bir dəfə onunla görüşdə...”

07:57 - 24 İyun 2022

Klinton Putini seksizmdə ittiham etdi - “Bir dəfə onunla görüşdə...”

Rusiya Prezidenti Vladimir Putini seksizmdə günahlandıran ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kreml sahibini onu təhqir etdiyini iddia edib.

Manset.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Klinton illər sonra Rusiya prezidenti ilə bağlı təəccüblü açıqlamalar verib.

Putini seksizmdə ittiham edən Klinton qadın olduğu üçün Rusiya liderinin ona qarşı kinli davrandığını deyib.

Klinton 2010-cu ildə Putinlə görüşü haqda da danışıb.

Sabiq dövlət katibinin sözlərinə görə, rəsmi görüş zamanı Putin onu təhqir edib: “Mənə qarşı çox seksist davrandı”.

(Teleqraf.com)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az