Türkiyədə zabit polis sevgilisini qətlə yetirdikdən sonra intihar edib.
Manşet.az sfera.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Balıkesirin Bandırma bölgəsində qeydə alınıb.
Məlumata görə, kiçik zabit, 27 yaşlı Burkay Urcan polis sevgilisi, 24 yaşlı Kübra Açara öz tapançası ilə 3 dəfə atəş açaraq onu qətlə yetirib. Daha sonra isə canına qıyıb.
Onların meyitləri ətrafdakı mühafizəçilər tərəfindən aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.