Kiyevdə yaşayış binası raketlə vuruldu

11:15 - 26 İyun 2022

Kiyevdə yaşayış binası raketlə vuruldu

Kiyevin Lukyanovka bölgəsində yaşayış binası raketlə vurulub.

Manset.az xəbər verir ki, bununla bağlı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə 9 mərtəbəli binanın damına düşən raket bir neçə yuxarı mərtəbəni dağıdıb.

Dövlət rəsmisi həmçinin qeyd edib ki, hazırda bina polislər tərəfindən mühasirəyə alınıb, yanğınsöndürənlər və digər xilasedici briqadalar hadisə yerində işləyirlər.

Ölən və yaralananlar haqqında isə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az