Putin Ukraynada müharibə başlayandan bəri ilk xarici səfərinə ÇIXACAQ

17:43 - 26 İyun 2022

Putin Ukraynada müharibə başlayandan bəri ilk xarici səfərinə ÇIXACAQ

Rusiya prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb.

Manşet.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanlının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.

Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək. Sonuncusu isə öz növbəsində bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra Moskvaya gələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az