Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Daniel Hoffman heyrətləndirici açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Daniel Hoffman hesab edir ki, Rusiya prezidenti Putini devirmək cəhdi sürətli və potensial ölümcül olacaq:
“Sui-qəsdi planlaşdıranlar bu barədə çox gizli olmalıdırlar ki, birinci Putin onları tapıb öldürməsin. Hər şey birdən baş verəcək və Putin öləcək. Heç kim “hey Vladimir, getmək istəyirsən?”- deyə soruşmayacaq. Başına endirilən qəfil çəkic zərbəsi ilə öləcək”.
O, Rusiya liderinə qarşı mümkün hücumla bağlı təəccüblü iddialar səsləndirib və sui-qəsdi həyata keçirə biləcək insanları bir-bir açıqlayıb.
Bu adlar Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur.