Bu şəhər 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı Seçildi

18:00 - 28 İyun 2022

Bu şəhər 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı Seçildi

Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçilib.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, - deyə Ersoy qeyd edib.

Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az