Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıb.
Manşet.az xəbər verir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aparılan danışıqlardan dərhal sonra baş tutub. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.
Finlandiya Prezidenti Sauli Niinistönin ofisi Türkiyənin bu həftə Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyini bildirib.