Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya lideri Vladimir Putinin "qadın olsaydı" Ukraynanı işğal etməyəcəyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Conson Putin barəsində bunları deyib:
"Əgər siz aqressiv kişiliyin mükəmməl nümunəsi istəyirsinizsə, onun Ukraynada etdiklərinə baxın".
O, həmçinin bildirib ki, G7 liderləri müharibəni bitirmək üçün çox çalışırlar, lakin hələ bir razılaşma əldə edilməyib.