Ukraynanın birinci xanımı Yelena Zelenskaya dünyaya mesajlar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenskaya da Rusiyanın hücumunu “terror” adlandırıb.
Hadisədən "şoka düşdüyünü" deyən Zelenskaya, Rusiya ordusunun üsullarından məəttəl qaldığını bildirib:
"Biz dəfələrlə şoka düşmüşük. İşğalçılar bizi daha nə ilə şoka sala biləcəklərini bilmirəm. Beş ay dözmək çox çətindir. Əzablarımızın sonunu görə bilmirik".