Yaponiya 2023-cü ildə keçiriləcək G7 Sammitinə ev sahibliyi edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın baş naziri Fumio Kişida 2023-cü ildə keçiriləcək G7 Sammitinin 19-21 may tarixlərində Xirosimada keçiriləcəyini açıqlayıb.
Gələn il keçiriləcək G7 Sammiti 2016-cı ildə Yaponiyanın Mie prefekturasında keçirilən son görüşdən sonra ölkədə 7-ci sammit olacaq.
Böyük Britaniya, Fransa və ABŞ daxil olmaqla 3 nüvə dövlətindən əlavə, Kanada, Almaniya, İtaliya, Yaponiya və Avropa İttifaqının liderləri Xirosimada dünya gündəmini müzakirə edəcəklər.